“Azərreyl” avrokubok oyunlarını Almaniyada keçirəcək

“Azərreyl” avrokubok oyunlarını Almaniyada keçirəcək
# 05 dekabr 2022 13:50 (UTC +04:00)

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubunun Çelenc kubokunun 1/16 final mərhələsində keçirəcəyi oyunların yeri və vaxtı dəyişdirilib.

Apasport.az saytının məlumatına görə, Eldar Yusubovun yetirmələri “Turingen”lə hər iki matçı Almaniyada keçirəcək.

Bu barədə iki klub arasında qarşılıqlı razılaşma əldə olunub. Dekabrın 14-də öncədən Bakıda təşkil olunması planlaşdırılan ilk qarşılaşma Almaniyada keçiriləcək. “Azərreyl” həmin matçın nominal meydan sahibi olacaq. Komandaların cavab oyunu isə öncədən nəzərdə tutulduğu kimi dekabrın 20-də deyil, ayın 15-də təşkil olunacaq.

Qeyd edək ki, “Azərreyl” 1/32 finalda Slovakiya təmsilçisi “Slaviya”nı mübarizədən kənarlaşdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR