DÇ-2023: Azərbaycan Portuqaliyaya rəqib olub

DÇ-2023: Azərbaycan Portuqaliyaya rəqib olub
# 29 iyun 2022 13:06 (UTC +04:00)

Qadın həndbolçular arasında 2023-cü il dünya çempionatının ilk təsnifat mərhələsinin püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, Avstriyanın paytaxtı Vyanada təşkil olunan mərasimdə Azərbaycan millisinin də rəqibi müəyyənləşib.

Püşkə əsasən yığmamız Portuqaliyaya rəqib olub. Həndbolçularımız ilk görüşü evdə keçirəcəklər. Komandalar arasında birinci oyun noyabrın 2-3-də, ikinci matç 5-6-da olacaq.

Qeyd edək ki, bu mərhələdə Avropa çempionatına vəsiqə qazana bilməyən 18 komanda mübarizə aparacaq. Qaliblər pley-offa yüksələcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR