Kamerun yığmasının 4 həndbolçusu İspaniyada yoxa çıxıb

Kamerun yığmasının 4 həndbolçusu İspaniyada yoxa çıxıb
# 11 dekabr 2021 10:03 (UTC +04:00)

Kamerun yığmasının 4 həndbolçusu İspaniyada keçirilən dünya çempionatında yoxa çıxıb.

Apasport.az saytının məlumatına görə, onlar Ameli Sevani Mvua, Appolin Mişel Abena Ekobena, Yasmin Yotçum və Jodel Klaris Macufandır.

Adıçəkilən həndbolçular komandanın məskunlaşdığı oteldə koronavirus testinə yollanmayıblar. Onlar sonuncu dəfə dekabrın 8-də taksiyə minərkən görünüblər.

Qeyd edək ki, Kamerun seçməsi dekabrın 3-də Rusiyaya 18:40 hesabı ilə məğlub olub. Öz qrupunda xal qazana bilməyən Afrika təmsilçisi sonuncu yeri tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR