Rusiyadan alınan dünya çempionatı 2 ölkəyə verilib

Rusiyadan alınan dünya çempionatı 2 ölkəyə verilib
# 14 aprel 2022 15:32 (UTC +04:00)

Kişi voleybolçular arasında DÇ-2022-nin keçiriləcəyi yer müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bunu Polşanın baş naziri Mateuş Moravetski açıqlayıb.

O bildirib ki, Rusiyadan alınan mundial iki ölkəyə verilib. Çempionata Polşa və Sloveniya ev sahibliyi edəcək. Yarışın keçirilmə tarixi dəqiqləşməyib.

Qeyd edək ki, turnir avqustun 26-dan sentyabrın 11-dək Rusiyanın 10 şəhərində keçirilməli idi. Lakin Ukraynadakı vəziyyət üzündən çempionat Rusiyadan alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR