Türkiyə-Gürcüstan matçında insident yaşanıb

Türkiyə-Gürcüstan matçında insident yaşanıb
# 05 sentyabr 2022 01:35 (UTC +04:00)

Basketbol üzrə Avropa Çempionatında Gürcüstan və Türkiyə komandalarının oyununda insident yaşanıb.

APA Türkiyə mediasına istinadən xəbər verir ki, türkiyəli oyunçu Furkanla Gürcüstan təmsilçisi Sanadze arasında gərginlik yaşanıb.

Bu hadisədən sonra hər iki oyunçu hakim tərəfindən çıxarılıb. Lakin bu zaman matçın vaxtı dayandırılmadığından Türkiyə komandası buna etiraz edib.

Tbilisi Arenada keçirilən matçda gərginlik soyunub-geyinmə otağında da davam edib.

Türkiyə Basketbol Federasiyasının sədr müavini Ömər Onan bildirib ki, əgər Beynəlxalq Basketbol Assosiyası hadisəyə münasibət bildirməzsə Türkiyə turnirdən çəkiləcək.

Qeyd edək ki, oyun 88-83 hesabı ilə Gürcüstan yığmasının xeyrinə başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR