Ukraynadakı beynəlxalq oyunların yeri dəyişdirilib

Ukraynadakı beynəlxalq oyunların yeri dəyişdirilib
# 22 fevral 2022 16:59 (UTC +04:00)

Avropa Həndbol Federasiyası Ukraynada keçirilməli olan bütün beynəlxalq oyunların yerini dəyişib.

Apasport.az saytının məlumatına görə, buna ölkə daxilindəki siyasi gərginlik səbəb olub.

Kişilər arasında Çempionlar Liqasının martın 1-dəki “Motor” – PSJ və iki gün sonrakı “Motor” – “Barselona” matçları Slovakiyada keçiriləcək. Qadın yığmasının AVRO-2022-nin seçmə mərhələsindəki matçları isə Çexiyaya keçirilib. Bu qarşılaşmalar martın 4-5-də baş tutmalı idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR