Azərbaycanın turizm potensialı ərəb ölkələrində təbliğ ediləcək

Azərbaycanın turizm potensialı ərəb ölkələrində təbliğ ediləcək
# 03 fevral 2009 10:58 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanın turizm potensialını təbliğ etmək məqsədilə bu sahə üzrə ixtisaslaşmış daha bir neçə xarici telekanalla danışıqlar aparır. Nazirliyin turizm şöbəsindən APA-ya verilən məlumata görə, hazırda reklam rolikinin çəkilişini həyata keçirmək istəyən şirkətlərin təklifləri araşdırılır. Şirkət müəyyənləşdikdən sonra çəkilişlərin yay mövsümündə aparılması nəzərdə tutulur. Reklam roliklərinin çəkilişi dövlət tərəfindən maliyyələşdiriləcək.

Qeyd edək ki, hazırda Azərbaycanın turizm potensialını təbliğ edən reklam rolikləri “Euronews” və “CNN” telekanallarında nümayiş olunur. Nazirlik reklam rolikləri vasitəsilə ərəb ölkələrində də Azərbaycanın turizm potensialını təbliğ etməyi nəzərdə tutur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR