“Almaniya - səyahətlər ölkəsi” adlı sərginin açılışı olub

Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycan Turizm İnstitutu (ATİ) və Almaniyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə “Almaniya - səyahətlər ölkəsi” adlı sərginin açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, ATİ-də keçirilən sərgidə Almaniyanın memarlıq, incəsənət, turizm və digər sahələrini əhatə edən 25 plakat, “Bura Almaniyadır” adlı qısametrajlı film nümayiş edilib. Açılış mərasimində çıxış edən ATİ-nin xarici dillər kafedrasının müdiri Kifayət Ağayeva bildirib ki, bu tədbirin təşkili ilə bağlı hələ bir müddət əvvəl təmsil etdiyi məktəbin rektoru və Almaniyanın Azərbaycandakı səfiri arasında müzakirələr aparılıb. Kafedra müdiri hesab edir ki, belə sərgilər ölkənin turizm sahəsinin inkişafı və mədəniyyətinin təbliği üçün əhəmiyyətlidir. K. Ağayeva yaxın vaxtlarda ATİ-nin bir neçə tələbəsinin təhsil mübadiləsi məqsədilə Almaniyaya göndəriləcəyini söyləyib.
Almaniyanın Azərbaycandakı səfirliyinin birinci katibi Robert Zessner isə son illərdə iki ölkənin mədəniyyət sahəsində əlaqələrinin çox yaxşı inkişaf etdiyini vurğulayıb. Onun sözlərinə görə, ötən il ilk dəfə olaraq Almaniyada “Azərbaycan mədəniyyəti ili” keçirilib: “Alman ictimaiyyəti üçün bu, yenilik idi”. R. Zessner belə sərgiləri keçirməklə Almaniyanı Azərbaycanda turizm ölkəsi kimi tanıtmaq istədiklərini də deyib.

Turizm

Milli Kulinariya Komandası BƏƏ-də keçirilən beynəlxalq yarışmada gümüş və bürünc medallar qazanıb

Azərbaycan Asiya-Sakit Okean Turizm Assosiasiyasının illik sammitində iştirak edir

Azərbaycan və BƏƏ arasında qarşılıqlı turizm səfərlərinin sayının artırılması müzakirə edilib