Azərbaycan “İTB - Berlin” beynəlxalq turizm sərgisində iştirak edəcək

Bakı. İlhamə İsabalayeva – APA. Martın 11-15-də Almaniyanın paytaxtı Berlin şəhərində “İTB - Berlin” beynəlxalq turizm sərgisi keçiriləcək. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsindən APA-ya verilən məlumata görə, sərgidə Azərbaycan da iştirak edəcək. Tədbirdə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin məsləhətçisi Türkan İsmayılova, Bakı Turizm İnformasiya Mərkəzinin, “İmprotex”, “İsr Travel”, “İntu” şirkətlərinin nümayəndələri təmsil edəcəklər. Azərbaycan nümayəndə heyəti 68 kv/metrlik milli üslubda hazırlanmış stenddə ölkənin turizm potensialını nümayiş etdirəcək, Azərbaycan Dövlət Rəqs Ansamblının rəqqas və rəqqasələrinin çıxışı olacaq.
Turizm

Milli Kulinariya Komandası BƏƏ-də keçirilən beynəlxalq yarışmada gümüş və bürünc medallar qazanıb

Azərbaycan Asiya-Sakit Okean Turizm Assosiasiyasının illik sammitində iştirak edir

Azərbaycan və BƏƏ arasında qarşılıqlı turizm səfərlərinin sayının artırılması müzakirə edilib
