Ekspert: “İnternet və informasiya texnologiyalarının tərəqqisi və standartlaşması turizmin inkişafına müsbət təsir göstərir”

Ekspert: “İnternet və informasiya texnologiyalarının tərəqqisi və standartlaşması turizmin inkişafına müsbət təsir göstərir”
# 25 mart 2009 12:34 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycanda və digər inkişaf edən ölkələrdə turizmin tərəqqisi üçün internetin və informasiya texnologiyalarının inkişafı və standartlaşması vacibdir. “APA-Economics”in məlumatına görə, Ümumdünya Turizm Təşkilatı (UNWTO) komissiyasının Avropa üçün 49-cu iclası çərçivəsində Bakıda keçirilən “İqtisadi böhranın Avropa turizminə təsiri: çağırışlar və cavab tədbirləri” mövzusunda texniki seminarında çıxış edən “THR-International” Turizm Təşkilatının Turist iqamətlərin strategiyası və marketinqi üzrə direktoru Yorn Qişen Çinin müsbət təcrübəsini nəzərə alaraq, ölkələrin internet xidmətlərini inkişaf etdirməsinin, böhran vəziyyətində yeni tərəfdaşlarla münasibət qurmağın vacibliyini qeyd edib.

Onun sözlərinə görə, böhranı aşmaq məqsədilə turizm şirkətləri xüsusiləşdirilmiş maraqlar üzərində xidmətlər göstərilməlidirlər: “Belə ki, xidmətlər üç seqment üzrə bölünür: beynəlxalq bazarlara istiqamətlənən xidmətlər; səyahətçilərin imkanları; maraqlarına arxalanan xidmət təklifləri və səyahətçilərin yeni yadda qalan təcrübə əldə etməsi üzrə xidmətlər”.

Bununla yanaşı, Y. Qişen yeni daha kiçik şirkətlərlə işləməyi tövsiyə edir: “Çünki onlar daha maraqlı xidmətlər təklif edir və onlarla işləmək daha asandır. Kiçik şirkətlər, əsasən, xüsusiləşdirilmiş xidmətlər göstərdikləri üçün böhrana qarşı daha davamlıdır, çünki artıq bazarda özlərinə yer tutublar”.

Ekspert onu da tövsiyə edib ki, yerli turizm firmaları xarici ölkələrin turizm agentliklərinin işsiz qalmış agentlərini işə dəvət edə, yaxud turistik agentlərin mübadiləsini apara bilərlər: “Bununla onlar yerli kadrların təcrübələrini artırmış, xarici kadrlar isə öz təcrübələri ilə yerli şirkətləri tanış etmiş olarlar. Bundan başqa, Kanadanın müsbət təcrübəsi göstərir ki internetdə turizm üzrə B2B və B2C bazarlarının yaradılması, sosial şəbəkələrdə ticarət, turizm haqda məlumatların və şəkillərin yerləşdirilməsi də vacib və effektiv tədbirlərdir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR