Azərbaycanda beynəlxalq turizm sərgisi keçiriləcək

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin aprel ayının 16-18-də Böyük Britaniyanın «ITE Group» şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan «Iteca Caspian» şirkətinin təşkilatçılığı ilə Bakıda VIII Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi (AITF-2009) keçiriləcək.
«Iteca Caspian» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, sərgidə Elm, Təhsil və Mədəniyyət üzrə İslam Təşkilatına (ISESCO) üzv olan ölkələr, o cümlədən Mərakeş, Malayziya, İordaniya, İndoneziya, Birləşmiş Ərəb Əmirlikləri və İran ümumi stenddə turizm potensiallarını nümayiş etdirəcək. Bundan başqa, tədbirdə Türkiyə, İtaliya, İsveçrə, Tailand və Çin kimi ölkələr də iştirak edəcək.
Azərbaycan isə builki sərgidə Qəbələ, Nabran, Quba, Lənkəranda yerləşən turizm obyektləri və ilk dəfə olaraq Naxçıvan və Oğuzda yerləşən otellərlə təmsil olunacaq.
Qeyd edək ki, AITF-2009 Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Ümumdünya Turizm Təşkilatı, Turizm Sərgilər Təşkilatçıları Assosiasiyası, Beynəlxalq Qeyri-Kommersiya Həmkarlığı, Azərbaycan Turizm Şirkətləri Assosiasiyası və Azərbaycanda İxrac və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) rəsmi dəstəyi ilə keçiriləcək.

Turizm

Milli Kulinariya Komandası BƏƏ-də keçirilən beynəlxalq yarışmada gümüş və bürünc medallar qazanıb

Azərbaycan Asiya-Sakit Okean Turizm Assosiasiyasının illik sammitində iştirak edir

Azərbaycan və BƏƏ arasında qarşılıqlı turizm səfərlərinin sayının artırılması müzakirə edilib