Litvanın turizm imkanları ilə bağlı təqdimat keçirilib

Bakı. Laçın Sultanova - APA. Litvanın Azərbaycandakı səfirliyində bu ölkənin turizm imkanlarına və viza qaydalarına həsr olunmuş təqdimat keçirilib. APA-nın xəbərinə görə, Litva Dövlət Turizm Departamentinin direktoru Niyole Klyokene bildirib ki, bu il ölkə iki vacib hadisəni qeyd edəcək: Litvanın adının alman salnamələrində çəkilməsinin 1000 illiyi və Vilnüsün Avropanın mədəni mərkəzi elan olunması ilə bağlı tədbirlər. Xanım Klyokene ölkəsinin tarixi, bu günü və turizm imkanları barədə də məlumat verib.
Səfirliyin viza məsələləri üzrə əməkdaşı isə qeyd edib ki, səfirlik Azərbaycan, Özbəkistan və Türkmənistan vətəndaşlarına Şengen vizası verir. Dörd kateqoriya üzrə viza verildiyini deyən diplomat vizaların verilmə qaydaları barədə danışıb.

Turizm

Milli Kulinariya Komandası BƏƏ-də keçirilən beynəlxalq yarışmada gümüş və bürünc medallar qazanıb

Azərbaycan Asiya-Sakit Okean Turizm Assosiasiyasının illik sammitində iştirak edir

Azərbaycan və BƏƏ arasında qarşılıqlı turizm səfərlərinin sayının artırılması müzakirə edilib