Azərbaycana gələn əcnəbilərin əksəriyyəti Rusiya vətəndaşlarıdır

Azərbaycana gələn əcnəbilərin əksəriyyəti Rusiya vətəndaşlarıdır
# 18 sentyabr 2009 11:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin birinci yarısında Azərbaycan sərhədini keçən vətəndaşların sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 299,9 min nəfər və ya 9% artaraq 3 644,8 min nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu vətəndaşların 49,8%-ni 165 xarici ölkədən Azərbaycana gələn, 50,2%-ni isə 161 xarici ölkəyə gedənlər təşkil edib. Ölkəyə gəlib-gedənlərin 57,6%-i Azərbaycan, 12,5%-i Gürcüstan, 12,3%-i Rusiya, 8,3%-i İran, 4,6%-i Türkiyə, 0,7%-i Birləşmiş Krallıq, 0,7%-i Ukrayna, 0,3%-i ABŞ, 0,3%-i Qazaxıstan, 0,3%-i Almaniya və 2,4%-i digər xarici ölkələrin vətəndaşları olub.

Hesabat dövründə Azərbaycana gələn vətəndaşların sayı 1 815,4 min nəfərə çatıb və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 171,2 min nəfər çox olub. Gələnlərin 1 032,2 min nəfəri (56,8%-i) Azərbaycan, 783,2 min nəfəri (43,2%-i) digər ölkə vətəndaşları olub. Azərbaycana gələn xarici ölkə vətəndaşlarının 30%-i Rusiya, 28,5%-i Gürcüstan, 19,6%-i İran, 10,5%-i Türkiyə, 1,7%-i Birləşmiş Krallıq, 1,6%-i Ukrayna, 0,8%-i ABŞ, 0,8%-i Qazaxıstan, 0,6%-i Almaniya, 5,9%-i isə digər ölkələrdən olub.

Bu dövrdə Azərbaycana Avropa İttifaqına üzv ölkələrdən 31,8 min nəfər, MDB ölkələrin 487,4 min nəfər gəlib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR