Azərbaycan Nazirlər Kabineti dağlıq ərazilərdə turizmi inkişaf etdirmək üçün bəzi qərarlarına əlavələr edib

Azərbaycan Nazirlər Kabineti dağlıq ərazilərdə turizmi inkişaf etdirmək üçün bəzi qərarlarına əlavələr edib
# 19 sentyabr 2009 10:42 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanda dəniz səviyyəsindən 1300 metrdən hündürlükdə yerləşən dağlıq ərazilərdə turizm infrastrukturunun yaradılması zamanı istifadə olunan mallar gömrük vergi və rüsumlarından, həmçinin əlavə dəyər vergisindən azad ediləcək. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Bununla bağlı Nazirlər Kabinetinin «Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında» və «Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında» qərarlarına əlavələr edilib. Əlavələr dəniz səviyyəsindən hündürlükdə yerləşən dağlıq ərazilərdə turizmin inkişafının təşviq edilməsi, turizm sahəsində investisiya və sahibkarlıq fəaliyyətinin stimullaşdırılması yolu ilə bu ərazilərin sosial-iqtisadi inkişafına əlavə təkan verilməsi məqsədi daşıyır.

Əlavələrə əsasən dəniz səviyyəsindən 1300 metrdən hündürlükdə yerləşən dağlıq ərazilərdə turizm sahəsində olan investisiya layihələrinin həyata keçirilməsi üçün, ehtiyaclarını yerli xammal və materiallar hesabına ödəmək mümkün olmadıqda, layihə çərçivəsində idxal edilən mallar gömrük vergi və rüsumlarından azad olunub. Qərara əsasən, Mədəniyyət və Turizm Nazirliyinə Dövlət Gömrük Komitəsi və İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə dəniz səviyyəsindən 1300 metrdən hündürlükdə yerləşən dağlıq ərazilərdə turizm sahəsində olan investisiya layihələrinin həyata keçirilməsi məqsədilə idxal olunan malların son təyinatı üzrə istifadə olunmasına mütəmadi nəzarət həyata keçirmək tapşırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR