Koreyada sərnişin avtobuslarına Azərbaycanla bağlı reklam plakatları yapışdırılıb - FOTO

Koreyada sərnişin avtobuslarına Azərbaycanla bağlı reklam plakatları yapışdırılıb - <font color=red>FOTO</font>
# 29 sentyabr 2009 10:39 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Koreyanın paytaxtı Seul şəhərində Azərbaycanın turizm potensialını nümayiş etdirən aksiya keçirilib. Bu barədə «APA-Economics»ə Azərbaycanın Koreyadakı səfirliyindən məlumat verilib.

Azərbaycanın Koreyadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə sentyabrın 25-dən Seul şəhərinin mərkəzi küçələrində hərəkət edən 22 avtobusa Azərbaycanın turizm potensialını özündə əks etdirən reklam plakatları yapışdırılıb. Plakatlarda Azərbaycanın xəritəsi, informasiya əldə etmək üçün sayt imkanları və Bakının müxtəlif mənzərələri yer tapıb.

Qeyd edək ki, Seulun mərkəzini ətraf rayonlarla birləşdirən 5 əsas marşrutda təşkil edilmiş reklam kampaniyası bir ay davam edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR