Mədəniyyət və Turizm Nazirliyi Londonda keçirilən “WTM” beynəlxalq turizm sərgisində iştirak edir

Mədəniyyət və Turizm Nazirliyi Londonda keçirilən “WTM” beynəlxalq turizm sərgisində iştirak edir
# 09 noyabr 2009 20:37 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və Turizm Nazirliyi 9-12 noyabr tarixlərində London şəhərində keçirilən “WTM” beynəlxalq turizm sərgisində iştirak edir.
Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, sərgidə ölkəmizi nazirliyin, Azərbaycan Dövlət Rəqs Ansamblının, “İmprotex Travel”, “AL Travel”, “GEO Travel”, “ENC Tour” turizm şirkətlərinin, Bakı Turizm İnformasiya Mərkəzinin nümayəndələri təmsil edirlər.
Sərgidə Azərbaycanın turizm potensialını iştirakçılar və ziyarətçilər arasında təbliğ etmək məqsədilə London şəhərinə reklam çap məhsulları, təbliğat vasitələri aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR