Gəncədə Polşa Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə sərgi keçirilib

Gəncədə Polşa Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə sərgi keçirilib
# 25 noyabr 2009 12:39 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Bu gün Gəncə Dövlət Dram Teatrında “Gənc Liderlər” ictimai birliyi və Polşanın “Demokratiyaya dəstək” fondunun təşkilatçılığı ilə Qərb bölgəsində ekoturizm və aqroturizm xidmətinin keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə “Azərbaycanın Qərb regionunda qadınların ictimai fəallığının artırıması vasitəsi ilə kənd ərazilərimizin inkişafı” mövzusunda sərgi keçirilib. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, keçirilən sərgidə bölgənin adət ənənələri, entoqrafik sənət nümunələri, əl işləri, bölgədə yetişdirilən kənd təsərüffatı məhsulları, milli xörəklərin hazırlanması qaydalarının xüsusiyyətləri və sair nümayiş etdirilib. Qeyd edək ki, təşkil olunmuş sərgi Polşa Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR