İzmirdə «Regional əməkdaşlıq imkanları və yeni perspektivlər: Ermənistan, Gürcüstan və Azərbaycan» mövzusunda müzakirələr aparılacaq

İzmirdə «Regional əməkdaşlıq imkanları və yeni perspektivlər: Ermənistan, Gürcüstan və Azərbaycan» mövzusunda müzakirələr aparılacaq
# 03 dekabr 2009 08:28 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Dekabrın 10-13-də Türkiyənin İzmir şəhərində «Travel Turkey» turizm sərgi və konfransı keçiriləcək. «APA-Economics»in bildirdiyinə görə, bu barədə sərginin təşkilat komitəsi məlumat yayıb.

Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günayın da iştirak edəcəyi sərgi-konfransda 15 ölkədən, həmçinin Türkiyənin 50 vilayətindən 400 turizm şirkəti və agentliyi iştirak edəcək.

Konfransda 2010-cu ildə bölgənin və ayrı-ayrı ölkələrin turizm sektorundakı gözləntilər, inkişaf perspektivləri müzakirə olunacaq, həmçinin Egey dənizi bölgəsinin, Şimali Kipr Respublikasının, Bosniya və Hersoqovinanın turizm potensialına həsr olunmuş təqdimatlar keçiriləcək. Bununla yanaşı, konfransda «Regional əməkdaşlıq imkanları və yeni perspektivlər: Ermənistan, Gürcüstan və Azərbaycan» mövzusunda müzakirələr də aparılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR