“Bakının İslam mədəniyyəti əcnəbilərin gözü ilə” mövzusunda elmi konfrans keçirilib

“Bakının İslam mədəniyyəti əcnəbilərin gözü ilə” mövzusunda elmi konfrans keçirilib
# 09 dekabr 2009 09:43 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Azərbaycan Turizm İnstitutunda “Bakının İslam mədəniyyəti əcnəbilərin gözü ilə” mövzusunda elmi konfrans keçirilib. APA-nın məlumatına görə, konfransda çıxış edən institutun rektoru Cəfər Cəfərov bildirib ki, “Bakı - İslam mədəniyyətinin paytaxtı - 2009” mədəniyyət ili proqramına 100-dən artıq milli və beynəlxalq miqyaslı tədbir daxil edilib. Keçirilən tədbirin də bu qəbildən olduğunu deyən C. Cəfərovun sözlərinə görə, tarixi mədəniyyət abidələri ilə zəngin olan Bakı turizm baxımından da əcnəbiləri cəlb edir. Rektor deyib ki, 2011-ci ildə Azərbaycanda ölkə prezidentinin təşəbbüsü ilə “Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu” təşkil ediləcək.

Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri Sabir Əbdülqədir Mənsur isə bildirib ki, Azərbaycanın İslam mədəniyyətində hansı rola malik olmasına bütün dünya və İslam ölkələri yaxşı bələddir: “Bakının İslam mədəniyyətinin paytaxtı seçilməsi çərçivəsində Azərbaycan hökuməti müxtəlif yönümlü fəaliyyətlər həyata keçirib. İslam mədəniyyətinin Azərbaycanda yayılmasının çox qədim tarixi var. Bu tarix İslam dininin ilkin yayıldığı dövrlərə gedib çıxır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR