«Atout France» Azərbaycandakı turizm operatorları üçün seminar keçirib

«Atout France» Azərbaycandakı turizm operatorları üçün seminar keçirib
# 17 dekabr 2009 12:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda «Atout France» Fransada Turizmin İnkişafı Agentliyinin Rusiya nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri üçün seminar keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirin açılış mərasimində çıxış edən «Atout France» Agentliyinin Rusiya nümayəndəliyinin direktor müavini İnessa Korotkova şirkətin fəaliyyəti haqqında ətraflı məlumat verərək qeyd edib ki, 1987-ci ildən fəaliyyət göstərən «Atout France»ın hazırda 29 ölkədə 35 ofisi mövcuddur: «Bir çox ölkədə nümayəndəliyi olan Agentliyin 2002-ci ildə Moskvada Rusiya nümayəndəliyi açılıb. Bu nümayəndəlik Ukrayna və MDB ölkələrini də əhatə edir».

Bundan başqa, tədbirdə Fransada fəaliyyət göstərən turizm şirkətləri, otellər, istirahət zonaları və dağ-xizək kurortlarının nümayəndələri geniş təqdimatla çıxış edərək təkliflərini yerli iş adamlarına təqdim ediblər.

Qeyd edək ki, «Atout France» Fransanın aparıcı turizm şirktələri ilə MDB ölkələrində fəaliyyət göstərən turizm şirkətləri arasında içşi görüşləri təşkil edərək ikitərəfli əlaqələr yaradır. «Atout France»ın Rusiya nümayəndəliyi artıq analoji seminarları Rusiya, Qazaxıstan, Ukraynada keçirib və bu cür tədbirin 2010-cu ildə Belarusda da təşkili planlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR