Azərbaycanda yeni dağ turizm kurortu tikiləcək

Azərbaycanda yeni dağ turizm kurortu tikiləcək
# 21 dekabr 2009 08:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın Gəbələ rayonunun Vəndam kəndində yeni turizm kurort kompleksi inşa olunacaq.

Mədəniyyət və Turizm Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, ümumi dəyəri 10,7 mln. ABŞ dolları olan bu layihənin əsas məqsədi Qəbələ rayonunda turizmin inkişafıdır. Layihə çərçivəsində kurortun tikintisi, dağlara turların təşkili və digər xidmətlərin təklifi nəzərədə tutulur.

Səkkiz il müddətində inşa olunacaq kompleksin inşasına 9,7 mln. dollar məbləğində kredit cəlb olunacaq ki, vəsaitin qalan hissəsi investorların öz hesabına yatırılacaq.

Qeyd edək ki, layihənin icraçısı «Aztranstur» şirkətidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR