Azərbaycan paytaxtında 151 mln. dollarlıq hotel tikiləcək

Azərbaycan paytaxtında 151 mln. dollarlıq hotel tikiləcək
# 22 dekabr 2009 08:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan paytaxtında daha bir hotel və biznes mərkəzinin inşası nəzərdə tutulub.

Mədəniyyət və Turizm Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, «EDELWEISS Residence» adlanacaq hotel və biznes mərkəzi Bakının mərkəzində - bulvar yaxınlığında 0,61573 hektar torpaq sahəsində tikiləcək.

Layihənin ümumi dəyəri 150,5 mln. ABŞ dolları təşkil edir ki, bunun 125,5 mln. dolları kredit şəklində cəlb olunacaq, qalan hissəsi isə investorlar tərəfindən yatırılacaq. İnşası 10 il davam edəcək layihənin icraçısı rolunda «Mega Holding» çıxış edir. Layihə Mədəniyyət və Turizm Nazirliyinin mehmanxana sektoru üçün peşəkar hazırlıq mərkəzi kimi nəzərdə tutulur.

Layihənin əsas biznes ideyası Bakının mərkəzi hissəsində müasir kommersiya və xidmət infrastrukturu, o cümlədən avtomobillər üçün parkinq sahəsi olan hotel xidmətləri və ofislərə olan yüksək tələbatın ödənilməsidir.

Qeyd edək ki, hotelin hündürlüyü 110 metr, sahəsi isə 26,5 min kv. metr, biznes və əyləncə mərkəzinin isə hündürlüyü 152 metr (43 mərtəbə), sahəsi 46 min kv. metr təşkil edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR