Azərbaycan Xəzərin sahilində turizm şəhərciyi inşa edəcək

Azərbaycan Xəzərin sahilində turizm şəhərciyi inşa edəcək
# 25 dekabr 2009 06:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın Xızı rayonunun Giləzi qəsəbəsində turizm şəhərciyinin tikintisi nəzərdə tutulub.

Mədəniyyət və Turizm Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, layihənin əsas məqsədi Xızıda dənizkənarı kurort zonasının inkişaf etdirilməsidir.

Layihə çərçivəsində kurort və turizm mərkəzinin tikintisi, rekreasiya zonasının yaradılması və turizmin müxtəlif növləri, o cümlədən, çimərlik turizmi və digər xidmətlərin təşkili nəzərdə tutulur.

İnşa olunacaq turizm şəhərciyinin ümumi dəyəri 200 mln. ABŞ dolları təşkil edir və layihənin icra müddəti 15 ildir.

Qeyd edək ki, layihə Mədəniyyət və Turizm Nazirliyinin Xəzər dənizi sahilində turizm və rekreasiya zonasının inkişaf etdirilməsi planları çərçivəsində nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR