Azərbaycan «Təpəbaşı Nekropolu»na turist səfərləri təşkil edir

Azərbaycan «Təpəbaşı Nekropolu»na turist səfərləri təşkil edir
# 29 dekabr 2009 07:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın Şəki rayonunun Fəzli kəndində «Təpəbaşı Nekropolu» qədim yaşayış məskəni üçün ziyarət turizmin inkişaf planı hazırlanır.

Mədəniyyət və Turizm Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, 5 il ərzində icra olunacaq bu layihənin əsas məqsədi Şəkidə turizm görmə yerlərinin inkişaf etdirilməsidir. Layihə çərçivəsində turizm informasiya mərkəzinin inşası, otelin tikintisi, mədəniyyət turizminin təşkili və digər xidmətlər nəzərdə tutulur. Layihənin ümumi dəyəri 9,611 mln. ABŞ dolları təşkil edir ki, bunun 8,1 mln. dolları kredit şəklində cəlb olunacaq, qalan hissəsi isə investorlar tərəfindən ayrılacaq.

Qeyd edək ki, layihə Azərbaycanda turizmin inkişafı proqramının tələblərinə uyğundur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR