Bu ilin 9 ayı ərzində Azərbaycana 1,3 milyondan artıq turist gəlib

Bu ilin 9 ayı ərzində Azərbaycana 1,3 milyondan artıq turist gəlib
# 29 dekabr 2009 09:35 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. 2009-cu ilin 9 ayı ərzində Azərbaycana 1 milyon 300 mindən artıq turist gəlib. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, keçən illə müqayisədə bu il turistlərin sayında heç bir azalma yoxdur: “Biz hələlik sayda heç nə itirməmişik, ancaq böyük artım da yoxdur. Bu təbiidir, dünya turizm sənayesi böyük böhran içindədir və yalnız indi yavaş-yavaş bu vəziyyətdən çıxır. Növbəti illərdə ölkəmizin turist sayında artım olacağını güman edirik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR