2010-cu ildə 8-ə yaxın ölkədə Azərbaycan mədəniyyət günlərinin keçirilməsi planlaşdırılır

2010-cu ildə 8-ə yaxın ölkədə Azərbaycan mədəniyyət günlərinin keçirilməsi planlaşdırılır
# 29 dekabr 2009 09:49 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. 2010-cu il ərzində 8-ə yaxın ölkədə Azərbaycan mədəniyyət günlərinin keçirilməsi planlaşdırılır. APA-nın məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında bildirib ki, növbəti illərdə bu tədbirlərin coğrafiyası daha da genişlənəcək: “Bilirsiniz ki, yola saldığımız il İsveçrədə Azərbaycan mədəniyyəti ilə bağlı silsilə tədbirlər keçirdik. Növbəti il də Avropanın hansısa ölkəsində bu cür tədbirlər keçirməyi nəzərdə tuturuq. Azərbaycanın turizm potensialının 10-15 ən nüfuzlu turizm sərgisində təqdim olunması və təbliğat məqsədilə tədbirlər də planlaşdırılır. Mədəniyyət və Turizm Nazirliyi həm mədəniyyət, həm də turizm sahəsində qanunvericilik və normativ hüquqi bazanın təkmilləşdirilməsinə də xüsusi əhəmiyyət verir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR