Son altı ildə Azərbaycanda dövlət sanatoriyaları, istirahət və turizm müəssisələrinin sayı 11% azalıb

Son altı ildə Azərbaycanda dövlət sanatoriyaları, istirahət və turizm müəssisələrinin sayı 11% azalıb
# 08 yanvar 2010 13:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Son altı il ərzində Azərbaycanda fəaliyyət göstərən dövlət sanatoriyaları, istirahət və turizm müəssisələrinin sayı 10,7% azalıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2004-cü ildə dövlət sanatoriyaları, istirahət və turizm müəssisələrinin sayı 84-ə bərabər olduğu halda, 2009-cu ilin sonuna sözügedən obyektlərin sayı 75-ə düşüb. Buradakı yerlərin (çarpayıların) sayı isə son altı il ərzində müvafiq olaraq 16,2% azalıb və 12 140 ədədə çatıb.

Uşaq sanatoriyalarına gəldikdə isə son altı il ərzində bu növ obyektlərin sayı 16,6% azalaraq 15-ə çatıb. Buradakı yerlərin sayı isə 10,3% azalaraq 1 360 ədəd təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR