Britaniyanın tanınmış mehmanxana şəbəkəsi Azərbaycan bazarına çıxa bilər

Britaniyanın tanınmış mehmanxana şəbəkəsi Azərbaycan bazarına çıxa bilər
# 25 yanvar 2010 14:25 (UTC +04:00)
Dubay. Nicat Mustafayev – APA-Economics. Böyuk Britaniyanın məşhur «Premier Inn» mehmanxana şəbəkəsi Azərbaycanda otel aça bilər. Bu barədə «APA-Economics»ə Dubayda yerləşən «Premier Inn» mehmanxanasının baş meneceri Pol Bridger (Paul Bridger) məlumat verib.

P.Bridgerin sözlərinə görə, hazırda müxtəlif ölkələrdə 600 «Premier Inn» oteli fəaliyyət göstərir. Dubayda isə artıq üçüncü «Premier Inn» oteli acılıb ki, bunlardan da sonuncusu iki həftə öncə istifadəyə verilib. «Premier Inn» otellərində obyektiv qiymətlərin olduğundan danışan P.Bridger onu da qeyd edib ki, Dubaydakı otellərdə otagın 1 gün üçün qiyməti 100 ABŞ dolları təşkil edir. Burada həmin qiymətə 1 nəfər və hətta bir ailə də (4 nəfər) qala bilər.

P.Bridger həmçinin vurğulayıb ki, «Premier Inn»in rəhbərliyi Cənubi Qafqaz regionunda da otel açmaq niyyətindədir: «Hələ konkret bir planımız olmasa da, gələcəkdə regionda otel istifadəyə verəcəyik. Ola bilsin ki, bizim mehmanxana məhz Azərbaycanda inşa edilsin».

Qeyd edək ki, «Premier Inn» mehmanxanası 3 ulduzludur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR