Azərbaycan paytaxtında GUAM+Yaponiya formatında turizm ekspertlərinin görüşü keçirilib

Azərbaycan paytaxtında GUAM+Yaponiya formatında turizm ekspertlərinin görüşü keçirilib
# 16 fevral 2010 11:50 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Bu gün Bakıda GUAM+Yaponiya formatında turizm üzrə ekspertlərin görüşü keçirilib. APA-nın məlumatına görə, toplantıda GUAM Katibliyinin nümayəndələri, qurumun baş katibi Valeri Çeçelaşvili, iştirakı ölkələrin, həmçinin Yaponiyanın turizm sahəsi üzrə ekspertləri iştirak ediblər. Ekspertlər GUAM ilə Yaponiya arasında turizm sahəsində əməkdaşlıq perspektivləri ilə bağlı müzakirələr aparıblar. Toplantının yekununda birgə protokol imzalanıb. Bu formatda növbəti görüşün nazirlər səviyyəsində keçirilməsi nəzərdə tutulur. Xatırladaq ki, Azərbaycan GUAM-ın turizm sahəsi üzrə koordinatorudur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR