Ötən il Topqapı Sarayını 2,9 milyon turist ziyarət edib

Ötən il Topqapı Sarayını 2,9 milyon turist ziyarət edib
# 22 fevral 2010 12:03 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Bu il aprelin 28-30-da Bakıda keçiriləcək 9-cu Azərbaycan Beynəlxalq Səyahətlər və Turizm Sərgisində Türkiyə ilk dəfə olaraq tərəfdaş ölkə kimi iştirak edəcək. Bu barədə APA-ya Türkiyə səfirliyinin mədəniyyət və tanıtma müşaviri Melda Araz məlumat verib. Onun sözlərinə görə, 2009-cu ildə dünya turizmində yüksəlişə nail olan tək ölkə Türkiyədir. Dünyanın ilk 10 turizm ölkəsi arasında ötən ili artımla başa vuran tək ölkə olan Türkiyənin öncəki ilə nisbətdə artımı 2,8 faiz olub. 26,3 milyon ziyrətçi ilə 2008-ci ili başa vuran Türkiyə 2009-cu ildə 27,1 milyon turisti qəbul edib. 2009-cu ildəki qlobal iqtisadi böhrana baxmayaraq Türkiyə ən çox turist qəbul edən ölkələrin sırasında daha bir pillə yüksələrək 7-ci yerdə qərarlaşıb.

Melda Araz Türkiyə turizminin tanıdılması məqsədi ilə 2010-cu ildə ölkəsinin 59 ölkədə, o cümlədən, dünya turizmi üçün böyük önəm kəsb edən Almaniya, Rusiya, Hollandiya, İngiltərə, İtaliya, İspaniya kimi ölkələrdə 145 sərgidə iştirak edəcəyini bildirib. O həmçinin qeyd edib ki, 2009-cu ildə İstanbulda ən çox ziyarət edilən tarixi məkan 2,9 milyon ziyarətçi ilə 1481-ci ildə inşa edilən və 1924-cü ildən bəri muzey kimi fəaliyyət göstərən Topqapı Sarayı olub. Bu məkanı 2,4 milyon ziyarətçi ilə 537-ci ildə tikilən və 1935-ci ildən turistlərin ziyarətinə açıq olan Ayasofya Muzeyi izləyir.
İstanbulda TBMM-nə bağlı saray, köşk və qəsrləri isə 2009-cu ildə 1,1 milyon yerli və yabançı turist ziyarət edib. Bu ziyarətlərdən 9,5 milyon lirə gəlir əldə edilib. Parlamentə bağlı saraylar içində Dolmabağça Sarayı 818 min ziyarətçi ilə ən çox turist qəbul edən məkan olub. 2010-cu ildə İstanbulun Avropanın Mədəniyyət Paytaxtı elan olunması ilə əlaqədar bir sıra tarixi məkan və muzeyin təmir və bərpa edildiyinə və yeni muzeylərin açıldığına diqqəti çəkən Melda Araz 2009-cu ildə İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən açılan “Panorama 1453 Tarix Muzeyi”nin bunlardan biri olduğunu və 1 ildə bu muzeyin 700.000 turist tərəfindən ziyarət edildiyini bildirib.
Bütünlüklə Türkiyədə 2009-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan 320 muzey və tarixi məkanları ziyarət edənlərin sayı 21,2 milyon, bundan əldə olunan gəlir isə 146,7 milyon lirə olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR