Azərbaycanın şəhər və rayonlarının turizm potensialı ilə bağlı sərgi keçiriləcək

Azərbaycanın şəhər və rayonlarının turizm potensialı ilə bağlı sərgi keçiriləcək
# 24 fevral 2010 09:05 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Heydər Əliyev adına İdman və Konsert Kompleksində Azərbaycanın şəhər və rayonlarının turizm potensialı ilə bağlı geniş miqyasda sərgi keçiriləcək. APA-nın məlumatına görə, bunu jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. O bildirib ki, sərginin aprelin 28-də təntənəli açılışı nəzərdə tutulur: “Bu turizm sərgisində Şəki, Gəncə və Qazaxın xüsusi stendləri qurulacaq. Bu, digər rayon və şəhərlərimizə də aiddir. Çoxsaylı beynəlxalq qonaqlara geniş məlumatlar veriləcək”.
Nazir deyib ki, artıq sərginin keçirilməsi istiqamətində hazırlıq işlərinə başlanılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR