Berlində Azərbaycanın turizm potensialı və mədəniyyəti nümayiş etdirilib – FOTO

Berlində Azərbaycanın turizm potensialı və mədəniyyəti nümayiş etdirilib – <font color=red>FOTO</font>
# 15 mart 2010 11:57 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Almaniyanın paytaxtı Berlində keçirilən Beynəlxalq Turizm Sərgisi (İTB) başa çatıb. APA-nın məlumatına görə, martın 9-dan 14-nə kimi keçirilən ənənəvi illik tədbirdə Azərbaycan da iştirak edib. Beynəlxalq sərgidə 180 ölkədən, o cümlədən Azərbaycandan 11 mindən artıq şirkət iştirak edib. Beş gün ərzində sərgini 180 min insan izləyib. Onlardan 110 mini turizm sənayesinə aidiyyatı olan insanlar olub.
Builki sərginin partnyor ölkəsi qismində Türkiyə çıxış edib. Bu ölkənin Turizm Nazirliyi banket və “Anadolu atəşi” ansamblının iştirakı ilə konsert keçirib. Azərbaycanın tədbirdə iştirakını Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə təşkil edib. Ölkəni 10 turist şirkəti təmsil edib, turizm potensialını əks etdirən stendlər nümayiş etdirilib. Sərgidə Azərbaycan mədəniyyəti də nümayiş olunub.
Sərginin proqramında Fikrət Əmirov adına Mahnı və Rəqs Ansamblı, Gənc Tamaşaçılar Teatrı və muğam triosu çıxış edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR