Antalyada polietilen paketlərdən istifadəyə qadağa qoyulub

Antalyada polietilen paketlərdən istifadəyə qadağa qoyulub
# 13 aprel 2010 07:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Antalya şəhərinin rəhbərliyi ekologiyanı və ətraf mühiti çirkləndirən polietilen paketlərdən istifadəyə qadağa qoyub.

«APA-Economics»in «Daily News» agentliyinə istinadən verdiyi məlumata görə, bundan sonra şəhər sakinləri, o cümlədən turistlər polietilen paketlərdən istifadə edə bilməyəcək.

Şəhər rəhbərliyi bu növ maldan hazırlanmış paketlərin istifadəsinə qadağa qoyub. Antalya sakinlərinə kağız və ya parçadan hazırlanmış torbalardan istifadə etmək tövsiyə olunur ki, bu növ materialdan hazırlanmış paket və torbalar daha sonra təkrar emal olunaraq yenidən istifadəyə verilə bilər.

Polietilen paketlərdən istifadəyə görə hələ cərimə müəyyən edilməyib və özü ilə xarici ölkədən polietilen paket gətirən, Antalya ərazisində onu atmayan və yenidən gəldiyi ölkəyə aparan turistlərə icazə verilib-verilməyəcəyi də hələ məlum deyil.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR