Bakıda “I Ümumrespublika Daxili Turizm” Sərgisi keçiriləcək

Bakıda “I Ümumrespublika Daxili Turizm” Sərgisi keçiriləcək
# 21 aprel 2010 14:58 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. 28-30 aprel tarixlərində Heydər Əliyev adına İdman-Konsert Kompleksində “I Ümumrespublika Daxili Turizm” Sərgisi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə,
sərginin keçirilməsində məqsəd Azərbaycanın tarixini, mədəniyyətini, təbiətinin müxtəlifliyini və regionlarının zəngin turizm potensialını nümayiş etdirməkdir. Sərgidə nümayiş olunacaq stendlərdə respublika regionlarının tarixi abidələri, infrastrukturu, adət-ənənələri təqdim olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR