Baykal gölü ətrafında mehmanxanalar tikiləcək

Baykal gölü ətrafında mehmanxanalar tikiləcək
# 22 aprel 2010 07:31 (UTC +04:00)
Bakı – APA-Economics. 2011-ci ildə Baykal gölü ətrafında turizm obyektləri, əsasən mehmanxanalar tikiləcək.

APA-Economics”in “İnterfax”a istinadən məlumatına görə, bu barədə Buryatiya prezidenti Vyaçeslav Naqovitsın Rusiyanın baş naziri Vladimir Putinlə görüşündə məlumat verib.

Onun sözlərinə görə, gələn ilin sonunadək respublika büdcəsi hesabına tikinti rayonu ərazisində mühəndis və yol infrastrukturu hazır olacaq. Bundan sonra investorlar turistlərin istirahəti üçün nəzərdə tutulmuş mehmanxana və digər obyektlərin tikintisinə başlayacaqlar.

Qeyd edək ki, Buryatiya Respublikası ilə İrkutsk vilayətinin sərhədində yerləşən Baykal gölünün sahəsi 31 min kv. metrdir. Dünyanın ən dərin gölü olan Baykalın sahilinə hər il 1 mln. turist gəlir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR