Sabah Bakıda IX Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi başlayır

Sabah Bakıda IX Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi başlayır
# 27 aprel 2010 12:07 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyev, “İteca Caspian” şirkətinin icraçı direktoru Fərid Məmmədov, “AİTF” və “Horex” sərgilərinin meneceri Xəyal Əliyeva və Türkiyə səfirliyinin Azərbaycandakı mədəniyyət və tanıtma müşaviri Aytəkin Yılmaz iştirak ediblər.

Bu il IX Beynəlxalq Turizm və Səyahətlər Sərgisi aprelin 28-30-da Heydər Əliyev adına İdman və Konsert Kompleksində keçiriləcək. Sərginin keçirilməsinə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi fəal dəstək göstərir. Sözügedən tədbirə həmçinin Dünya Turizm Təşkilatı (UNWTO), Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyası tərəfindən rəsmi olaraq dəstək verilir. Bu il ilk dəfə olaraq “AITF 2010” sərgisində Türkiyə Respublikası tərəfdaş ölkə qismində çıxış edəcək.

Sərgidə ilk dəfə olaraq “AITF 2010” sərgisində Azərbaycanın regional turizm sektoru geniş şəkildə təqdim olunacaq. “Azərbaycanın milli mədəniyyət paytaxtı” layihəsi çərçivəsində Gəncə “əfsanələr” şəhəri, Qazax “folklor paytaxtı”, Şəki isə “mədəniyyət paytaxtı” elan edilib və sərgidə təmsil olunacaq. Hazırda Azərbaycanın mənəvi irsləri ilə əlaqədar “Muğam - tur”, “Aşıq - tur”, “Xalça - tur” və “Novruz - tur” kimi turlar hazırlanıb. Bu şəhərlərin və turların təqdimat mərasimləri “AITF 2010” sərgisində baş tutacaq. Ənənəvi olaraq sərgidə Qarabağ stendi də təqdim olunacaq və Azərbaycanın ən qədim torpağının əsrarəngiz gözəlliyə malik təbiəti nümayiş etdiriləcək. Stend Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil ediləcək. Ziyarətçilər hər bir regionun milli koloriti, Azərbaycanın zəngin folkloru, mətbəxi və ənənələri ilə yaxından tanış ola biləcəklər.

Azərbaycanda qonaqpərvərlik sektorunun inkişaf perspektivləri sərginin keçirilməsinin aktuallığını bir daha zəruri edir. “AITF” sərgisi regionda turizm sənayesinin yeganə və mühüm hadisəsi sayılır. Bu tədbir turizm operatorları üçün işgüzar potensial və çeviklik nümayiş etdirmək, məhsuldar əlaqələr yaratmaq və şirkətin imicini yerli və beynəlxalq bazarlarda möhkəmləndirmək, eləcə də yerli bazarın çoxsaylı rəqibləri arasında seçilmək imkanı yaradır.

“AİTF-2010” bu il “Sərgiyə gəl - bir dünya kəşf et!” şüarı altında keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR