“Skal International” şirkətinin Bakı və Antalya nümayəndəlikləri əlaqələrini möhkəmləndirir

“Skal International” şirkətinin Bakı və Antalya nümayəndəlikləri əlaqələrini möhkəmləndirir
# 29 aprel 2010 14:54 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycanın “Millennium Tourism Congress DMS” turizm şirkətində “Skal International” klublarının beynəlxalq əməkdaşlığı istiqamətində atılan növbəti addım kimi qiymətləndirilə bilən bir tədbir keçirilib.

“İteca Caspian” şirkətindən “APA-Economics”ə verilən məlumatına görə, “Skal International” turizm təşkilatlarının dünyada sayı hazırda 600-dən çoxdur və əsası 1954-cü ildə qoyulmuş turizm və səyahətlər üzrə peşəkarların beynəlxalq assosiasiyasını təşkil edir. “Skal” qlobal turizm və dostluq ideyalarının təşviqi bütün dünyadan olan aparıcı turizm peşəkarlarını bir araya gətirir. Bu, turizm və səyahətlər sənayesinin bütün bölmələrini birləşdirən yeganə beynəlxalq səviyyəli qrupdur.

“AITF 2010” sərgisində “Skal International” şirkətinin Bakı nümayəndəliyinin prezidenti Ruslan Quliyev Antalyada yerləşən analoji təşkilatın vitse-prezidenti Ümman Çetinbaş ilə müqavilələr imzalamaqla yeni işbirliyinin başlanğıcını qoyub. Öz salamlama nitqləri ilə çıxış edən hər iki mütəxəssis dostluq və peşəkar əlaqələrin möhkəmləndirilməsi, eləcə də “Skal International” şirkəti tərəfindən qlobal turizmin inkişafına müsbət təsir edə biləcək birgə info-turlar, treninqlər və “Skal International” aksiyalarının keçirilməsinin vacibliyini vurğulayıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR