İsrail Azərbaycanla turizm sahəsində əməkdaşlıqda maraqlıdır - YENİLƏNİB

İsrail Azərbaycanla turizm sahəsində əməkdaşlıqda maraqlıdır - <font color=red>YENİLƏNİB</font>
# 05 may 2010 10:39 (UTC +04:00)
Bakı - APA. İsraildə səfərdə olan Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov mayın 5-də bu ölkənin turizm naziri Stas Misejnikovla görüşüb. Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanda mövcud tolerantlıqdan, Azərbaycan və yəhudi xalqları arasındakı dostluq münasibətlərinin tarixi köklərindən danışılıb, əlaqələrimizin belə yüksək səviyyəyə çatmasında dövlət başçılarının rolu xüsusi qeyd olunub. Nazir ölkəmizdəki tolerantlığı, azsaylı xalqların nümayəndələri üçün yaradılmış imkanları, Azərbaycanın müxtəlif bölgələrində yaşayan yəhudilərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımları yüksək qiymətləndirib.
Görüşdə, həmçinin hər iki ölkənin turizm potensialı ətrafında fikir mübadiləsi aparılıb. S. Misejnikov Azərbaycanın turizm imkanları ilə maraqlanıb, ölkəsinin bu sahədə Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu bildirib. N. İbrahimov Azərbaycanın geniş turizm potensialı barədə ətraflı məlumat verib, ölkəmizin bu səhədə İsraillə əməkdaşlıq etməyə hazır olduğunu deyib.
Görüşdə Azərbaycanın turizm potensialı ilə yaxından tanış olmaq məqsədilə İsrailin turizm nazirinin bu ilin iyulunda ölkəmizə səfərə gəlməsilə bağlı ilkin razılıq əldə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR