Bakı-Krit adası aviareysinin açılışı təxirə salınıb

Bakı-Krit adası aviareysinin açılışı təxirə salınıb
# 31 may 2010 11:40 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə Azərbaycan Turizm Assosiasiyasından (AzTA) məlumat verilib.

AzTA-dan qeyd ediblər ki, sözügedən marşrut üzrə ilk aviareys iyunun 12-nə nəzərdə tutulmuşdur. Lakin hazırda Yunanıstanda müşahidə olunan siyasi və iqtisadi gərginlik nəticəsində Bakı-Krit adası aviareysinin açılması iyulun 3-dək təxirə salınıb.

Krit adasına turizm paketlərini təqdim edən şirkətlərdən «APA-Economics»ə verilən məlumata görə, adaya uçuşlar iyun ayının 12-də deyil iyulun 3-də başlayacaq: «Uçuşlar hər həftənin VI günləri «Airbus-319» avialayneri ilə saat 9:00-da yerinə yetiriləcək».

Qeyd edək ki, Krit adasında 3 ulduzlu hotellərdə istirahət üçün bir paketin qiyməti 600 avrodan, 4 ulduzlu hoteldə 800 avrodan, 5 ulduzlu hoteldə istirahət etmək üçün isə 1 000 avrodan başlayır. Turizm paketlərinə əsasən aviabilet, transfer və gündə 3 dəfə yemək daxildir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR