Bakıda Ekoturizm üzrə II Ekspert Qrupunun Görüşü və Beynəlxalq ekoregion konfransı keçiriləcək

Bakıda Ekoturizm üzrə II Ekspert Qrupunun Görüşü və Beynəlxalq ekoregion konfransı keçiriləcək
# 08 iyun 2010 14:04 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. 10-12 iyun tarixlərində Bakıda Ekoturizm üzrə II Ekspert Qrupunun Görüşü və “Ekoturizmin inkişafında ekoloji, iqtisadi və mədəni üstünlüklərinin müəyyən edilməsinin əsasları” mövzusunda Beynəlxalq ekoregion konfransı keçiriləcək. Konfrans Mədəniyyət və Turizm Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın sözlərinə görə, tədbirdə Azərbaycanın Milli Parklarının ekoturizm potensialı, cəmiyyət-təbiət münasibətlərində ekoturizmin rolu, bu sahədəki beynəlxalq təcrübə, Milli Parklarda ekoturizm fəaliyyətinin tənzimlənməsi, müasir dövrdə davamlı turizmin (turbiznesin) inkişafında ekoturizmin rolu, Azərbaycanın Dağlıq Şirvan iqtisadi-coğrafi rayonunun ekoturizm resursu, Şirvan Milli Parkında ekoturizmin inkişafı: perspektivləri - problemlər, Şirvan Milli Parkı ərazisində davamlı ekoturizm fəaliyyətinin həyata keçirilməsinin əsas prinsipləri, Zaqatala rayonunda ekoturizmin inkişaf perspektivləri, Azərbaycanda aqroekoturizmin inkişaf etdirilməsinə dair(Abşeron yarımadası, Çaylı kəndi timsalında), konkret bir ekoturizm məhsulunun təqdimatı, Azərbaycanda ekoturizmin inkişafının sosial-iqtisadi aspektləri, icmalarda ekoturizm biznesi təbiətin mühafizə edilməsinin iqtisadi stimulu kimi, ekoturizmin effektiv inkişafına mane olan problemlər mövzusunda məsələlər müzakirə olunacaq. Tədbirin son günü iştirakçılar üçün Şirvan Milli Parkına ekskursiya təşkil olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR