Mədəniyyət və Turizm Nazirliyi bölgələrin turizm potensialı ilə bağlı monitorinqə başlayır

Mədəniyyət və Turizm Nazirliyi bölgələrin turizm potensialı ilə bağlı monitorinqə başlayır
# 16 iyun 2010 14:34 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən regionlarda monitorinq keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinqin keçirilməsi yeni turizm mövsümünün başlaması ilə əlaqədardır. Monitorinq zamanı turizm potensiallı bölgələrdə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərdə mövsümə hazırlıq səviyyəsinin yoxlanması və cari mövsümdə göstəriləcək turist xidmətləri qiymətlərinin araşdırılması məqsədi daşıyır. Bu məqsədlə Mədəniyyət və Turizm Nazirliyi turizm şöbəsinin əməkdaşları iyunun 17-dən etibarən respublikanın regionlarına ezam ediləcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR