Bodrumda gecə 12:00-dan sonra musiqiyə qadağa qoyulub

Bodrumda gecə 12:00-dan sonra musiqiyə qadağa qoyulub
# 23 iyun 2010 07:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Türkiyənin tanınmış kurort şəhərlərindən biri olan Bodrumda gecə saat 12:00-dan sonra musiqi və səs-küyə qadağa qoyulub.

«APA-Economics»in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Bodrum şəhər icra hakimiyəti «gecə həyatı»na, əsasən də 00:00-dan sonra musiqi və səs-küyə qarşı qadağa qoyub. Qadağa Bodrumun turistlər tərəfindən ən tanınmış Gümbət rayonuna aiddir. Belə ki, şəhərə gələn turistlərin əksəriyyəti mehmanxanalarda şam yeməyindən sonra məhz bu rayonda gəzib şənlənirlər. Hotellərdə şam yeməyi əsasən saat 22:00-da verilir və turistlər yalnız 23:00-da şəhərə gəzintiyə çıxır.

Artıq bir qrup türkiyəli biznesmen qadağaya qarşı çıxıb. Onların sözlərinə görə, şəhər icra hakimiyyəti tərəfindən qoyulan qadağa burada fəaliyyət göstərən 200-dən artıq biznesmenin işinə mənfi təsir göstərəcək.

Lakin icra hakimiyyəti istirahətini daha sakit və dinc keçirmək istəyən turistlərin marağını da nəzərə almaq lazım olduğunu bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR