Ötən il Azərbaycanda lisenziyasız fəaliyyət göstərən 40 hotel qapadılıb

Ötən il Azərbaycanda lisenziyasız fəaliyyət göstərən 40 hotel qapadılıb
# 25 iyun 2010 09:12 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.

Onun sözlərinə görə, qanunvericiliyə uyğun olaraq lisenziyalaşdırma məcburidir: “Artıq 70-ə qədər hotel ulduz dərəcəsini müəyyənləşdirərək əldə edib. Bu qaydalara və tələblərə riayət edə bilməyən otellər nəyə qadir olduqlarının bildiklərinə görə bizə müraciət etmirlər. Ötən il 40-a qədər hotel lisenziyasız fəaliyyət göstərdiyi üçün qapadılıb”.

Ə.Qarayev hotellərin lisenziyalaşdırılması prosesinin dayandırılmayacağını bəyan edib: “Etiraf edək ki, öz işini düzgün qurmayan, hansısa başqa amillər üzərində fəaliyyət göstərmək niyyətində olan və xidmətləri düzgün təqdim etməyən şirkətlər də var. Sözsüz ki, biz onlara nəzarət edirik. Əsas vəzifəmiz insanların bu şirkətlərin qurbanlarına çevrilməsinin qarşısını almaqdan ibarətdir. İmkan vermərik ki, vətəndaşlarımız turizm şirkətlərinə pul ödəyib, sonra da nə səyahətə çıxa, nə də pullarını geri ala bilsinlər. Biz istərdik ki, sanitariya normalarına ciddi riayət olunsun, xidmətlərin müxtəlifliyi və peşəkarlıq səviyyəsi gözlənilsin. İyulun 13-də Turizm İnstitutunun ilk buraxılışı olacaq. İnanıram ki, ilk addım yerlərdə peşəkarlığın səviyyəsinə müəyyən qədər təsir edəcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR