Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi hotellər haqqında vahid veb-sayt hazırlayıb

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi hotellər haqqında vahid veb-sayt hazırlayıb
# 25 iyun 2010 10:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi hotellər haqqında ətraflı məlumat yerləşdiriləcək vahid veb-sayt hazırlayıb.

«APA-Economics»in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, nazirliyin www.kulturturizm.gov.tr veb-saytında Türkiyənin lisenziya almış hotel və kurortları barədə ətraflı məlumat, o cümlədən onların rəsmi adları, yerləşdiyi yer, növü və kateqoriyası yerləşdiriləcək. Bu növ məlumatın veb-saytda yerləşdirilməsi turistlərə mehmanxana seçimində yardım edəcək. Belə ki, turistlər sözügedən veb-sayt vasitəsilə hər hansı hotel, o cümlədən mehmanxananın lazımi icazəsinin və lisenziyasının olub-olmaması, rəsmi statusu və kateqoriyası barədə ətraflı məlumat ala biləcəklər.

Qeyd edək ki, Türkiyədə hotellər tərəfindən alınan lisenziyalar müddətsiz və daimi deyil. Belə ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi mehmanxanalar arasında mütəmadi olaraq yoxlamalar aparır və hər hansı neqativ hal üzə çıxdıqda, həmin hotelin lisenziyası geri alına bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR