Türkiyə kurortlarında sualtı qayıqla səyahət təşkil olunacaq

Türkiyə kurortlarında sualtı qayıqla səyahət təşkil olunacaq
# 29 iyun 2010 13:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Türkiyə kurortlarında turistlər üçün yeni növ əyləncə təklif olunacaq.

«APA-Economics»in məlumatına görə, yaxın gələcəkdə Türkiyə kurortlarında turistlər sualtı qayıqla Aralıq dənizi altında səyahət edə biləcək. Bu yenilik Bodrumda təsis edilmiş Sualtı Texnoloji Elmi-Tədqiqat İnstitutunun təşəbbüsü ilə ortaya çıxıb.

Yaxın gələcəkdə suyun altına buraxılan ilk sualtı qayığın uzunluğu 38 metr, eni 4,5 metr, hündürlüyü isə 3 metr təşkil edir. Sözügedən qayıqdan 47 nəfər sərnişin yararlana biləcək. Sualtı qayığın maksimal sürəti 32 km/saat təşkil edir.

Yeni qayığın qiyməti 1,3 mln. ABŞ dolları təşkil edir və bir il ərzində bu qayıq 50 min turisti qəbul edə biləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR