Avropanın ən məşhur kurortlarının reytinqi açıqlanıb

Avropanın ən məşhur kurortlarının reytinqi açıqlanıb
# 01 iyul 2010 10:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Hotel, kurort, turoperator və turistlərə konsaltinq xidməti göstərən ABŞ-ın «TripAdvisor» şirkəti 2010-cu ildə Avropanın ən məşhur kurortlarının onluğunu dərc edib.

«APA-Economics»in məlumatına görə, siyahı 1 mln. turistin iştirak etdiyi sorğu əsasında tərtib olunub.

Reytinqə Türkiyənin Ölü dəniz kurortu başçılıq edir. Daha sonra siyahıda Mikonos (Yunanıstan), Ayə-Napa (Kipr), Dalyan (Türkiyə), Formentera (İspaniya), Laqos (Portuqaliya), Sitjes (İspaniya), Fuerteventura (İspaniya), Albufeyra (Portuqaliya) və Protaras (Kipr) kurortru qərarlaşıb.

Bununla yanaşı, şirkət zəngin mədəniyyət proqramı olan şəhərlərin də onluğunu tərtib edib. Turistlərin fikrincə, siyahıda birinci yerə Florensiya (İtaliya), ikinci yerə Vaşinqton (ABŞ), üçüncü yerə isə Roma (İtaliya) layiq görülüb. Daha sonra onluğa müvafiq yerləri tutaraq Paris (Fransa), Siyem Rip (Kamboca), Nyu-York (ABŞ), Qüds (İsrail), Venesiya (İtaliya), İstanbul (Türkiyə) və London (Böyük Britaniya) daxil olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR