Sakit okeanda butulkadan ada inşa olunacaq

Sakit okeanda butulkadan ada inşa olunacaq
# 02 iyul 2010 13:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Niderlandlı alimlər Sakit okeanda plastik kütlədən Havay ölçüsündə olan ada inşa etmək niyyətindədir.

«APA-Economics»in məlumatına görə, süni adanın inşası üçün 44 mln. kq plastik butulkadan istifadə ediləcək.

Həmin plastik kütlə hazırda Sakit okeanda dreyf edir ki, bu da öz növbəsində okean sakinləri üçün zərərdir.

İlkin olaraq adanın modeli Venesiyada (İtaliya) plastik tullantılardan inşa olunacaq. Okeanda isə inşa olunacaq adanın ümumi sahəsi 10 min kv. metr təşkil edəcək. Burada kənd təsərrüfatı sahəsinə aid işlər görüləcək. Adada günəş və sudan alınan enerji kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən insanlara adada yaşamaq şəraiti yaradacaq. Adada təxminən 500 min nəfər insan yaşaya biləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR