Bakı-Krit adası marşrutu üzrə uçuşlar yerinə yetirilməyəcək

Bakı-Krit adası marşrutu üzrə uçuşlar yerinə yetirilməyəcək
# 05 iyul 2010 09:26 (UTC +04:00)
Krit adasına turizm paketlərini təqdim edən şirkətlərdən «APA-Economics»ə verilən məlumata görə, sözügedən marşrut üzrə ilk aviareys iyunun 12-nə nəzərdə tutulmuşdu.

Daha sonra aviareysin açılması iyulun 3-dək təxirə salınmışdı ki, bu da Yunanıstanda müşahidə olunan siyasi və iqtisadi gərginliklə bağlı olub: «Hazırda isə analoji səbəblərə görə qərara alınıb ki, bu marşrut üzrə uçuşlar, ümumiyyətlə, yerinə yetirilməsin».

Qeyd edək ki, hazırda Yunanıstanda hava və dəmir yolu nəqliyyatı fasilələrlə fəaliyyət göstərir. Buna səbəb hava və dəmir yolu nəqliyyatı işçilərinin mütəmadi olaraq tətillərin keçirilməsidir ki, bu da öz növbəsində ölkə hökumətinin pensiya sistemi və əmək qanunvericiliyində islahatların aparılması ilə əlaqədardır. İslahatlar çərçivəsində pensiyaların azaldılması, pensiya yaş dövrünün artırılması və işçilərin işdən azad olunması prosedurunun sadələşdirilməsi kimi tədbirlər gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR