Antalya şəhərinə gələn turistlərin sayı 4 mln. nəfərə çatıb

Antalya şəhərinə gələn turistlərin sayı 4 mln. nəfərə çatıb
# 08 iyul 2010 14:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin ilk yarısı ərzində Türkiyənin tanınmış kurortlarından biri olan Antalya şəhərinə 4 mln. nəfərə yaxın turist gəlib.

«APA-Economics»in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Antalyanın mədəniyyət və turizm üzrə departamentinin rəsmi rəqəmlərinə əsasən, cari ilin təkcə iyun ayı ərzində Antalyaya 1,411 mln. nəfər turist gəlib, yanvar-iyun aylarında isə şəhərə gələn turistlərin sayı 3 764 574 nəfər təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17% çoxdur.

Ümumiyyətlə, ilin sonuna Antalyaya gələn turistlərin 10 mln. çatacağı proqnozlaşdırılır. Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinin məlumatlarına görə, hazırda ölkə əhalisinin əksəriyyəti Türkiyə kurortlarına, əsasən də Antalyaya putyovkalar əldə edir.

Qeyd edək ki, iyunun 12-dən etibarən «Azərbaycan Hava Yolları» (AZAL) Bakı-Antalya marşrutu üzrə çarter sərnişin aviareyslərini yerinə yetirməyə başlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR