İsveçdə ağacın üstündə hotel tikilib - FOTO

İsveçdə ağacın üstündə hotel tikilib - <font color=red>FOTO</font>
# 13 iyul 2010 09:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. İsveçdə şam ağacı meşəsində Qütb dairəsinin 60 km arxasında ağacın üstündə hotel açılıb.

«APA-Economics»in məlumatına görə, «Threehotel» adlanan bu mehmanxana dörd tikilidən («Cabin», «Blue Cone», «Nest» və «Mirrorcube») ibarətdir. Sözügedən hoteldə birnəfərlik nömrənin qiyməti 290 avro, ikinəfərlik nömrədə qalmaq isə 420 avro təşkil edir.

«Tham & Videgard Architects» şirkəti tərəfindən inşa olunan bu hotelə əlavə olaraq daha iki kompleks tikiləcək. Artıq Avropa, Avstraliya və Yeni Zelandiyadan olan turistlər hoteldə istirahət etmək niyyətlərini açıqlayıb.

Qeyd edək ki, analoji hotellər Almaniya və Fransa kimi ölkələrdə də mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR